top of page
horse az.png
clipart-grass-clear-background-19.png
purepng.com-grass-vectornaturegreengrass
11ea50ac9d5d472c71ca72ac7f8aebf1_grass-g
giphy.gif
giphy.gif
giphy.gif

AZƏRBAYCANDA ATÇILIQ

Hazırda Azərbaycanda Qarabağ cinsləri 2 atçılıq zavodunda yetişdirilir –

Bərdə rayonunun Lənbəran kəndində və Ağstafada.

Respublikada dövlətlə yanaşı bir sıra xüsusi atçılıq müəssisələri də var.

Qarabağ atlarının sayının azalmasına müharibə və 1990-cı illərin

əvvəllərindəki ağır iqtisadi vəziyyət səbəb olub.

Qarabağ münaqişəsi başlayarkən atları daim bir yerdən başqa yerə köçürməli

olublar və bu, həmin populyasiyanın qəflətən azalmasına səbəb olub.

Boğaz atlar bir yerdən digərinə daşınarkən bala salıblar.

Son zamanlar Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi atçılığın

inkişafı ilə bağlı müvafiq tədbirlər görür və Qarabağ atlarının ixracı

qadağan edilib.

 

Azərbaycanda 20-yə yaxın müəssisə fəaliyyət göstərir ki, onlarda da

200-dək Qarabağ cinsindən olan atlar himayə edilir.

Bu müəssisələrin bir hissəsi Bakı ərazisindədir

("Gunay Equestrian Invest", "Sərhədçi" və s.).

"Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni

irsin Reprezentativ Siyahısına daxil edilib.

Qarabağ atları Azərbaycanın milli simvollarından biri sayılır.

 

13 fevral 2017-ci il tarixində IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının talismanını təqdim edib. Onlar Qarabağ atları - zəriflik və gözəllik nümunəsi olmaqla incəliyi və məlahəti əks etdirən İncə, eləcə də məharətli, mərd və məqsədyönlü, bütün digər Qarabağ atları kimi özünə əminliyi və sərbəstliyi ilə seçilən "Cəsur" olub.

Талисманы_Исламских_игр_2017.png
giphy.gif
giphy.gif
giphy.gif
giphy.gif
banner-9.png
banner-10.png
bottom of page