






ÜMUMİ XARAKTERİSTİKA

Qarabağ atları iri deyil.
Süysüyünün hündürlüyü: 138—148,5 sm
Boynu: orta uzunluqda
Əzələləri: yaxşı inkişaf etmiş
Döş qucumu (çevrəsi): 168,8 sm
Əl darağının çevrəsi: 18,3 sm
Ayaq və dırnaqlar: qısa, kövrək
Baş: cəlbedici, alnı hündür
Gözlər: qabarıq
Hərəkət: dəqiq və sürətli, harmonik və çevik.
Qarabağ atları arasında iki növ fərqlənir: qıvraq və iri, qısaayaqlı atlar və nisbətən yüngül gövdəsi olan uzun ayaqlı atlar. Bu atlar əsasən yəhər altında istifadə olunur.
Uzun keçidlərdə sərt olurlar; dağlarda saatda 10 km-ə qədər sürətli addımlarla gedirlər.
Azərbaycanın Qarabağ atları dünyada nadir at növü, Asiya və Qafqazda ən qədim at cinsi hesab olunur. Araşdırıcılar güman edirlər ki, Qarabağ atları Manna, Midiya, Atropatena və Albaniya atlarının nəsillərindəndir.
Keçmişdə Qarabağ atları öz gözəlliyi və zərifliyi ilə fərqlənirdi. Görünür, bu səbəbdən də folklorumuzda və ədəbiyyatımızda onları tez-tez ceyranla müqayisə edirlər.
Performans baxımından, Qarabağ atları Ərəb, Ahaltəkə cinsləri ilə müqayisə edilir. Bu cins XIX əsrdə aparılan çoxsaylı testlər nəticəsində yaradılıb. XIX əsrdə keçirilən Qarabağ atlarının çoxlu sayda dözumlülük sınaqlarının iştirakçılarından biri Qutten Çapski yazırdı:”Qarabağ atları düzənlikdə digər cinslərdən geri qalsalar da, dağlıq ərazidə onların hamısını qabaqlayırlar".
“Qafqaz” qəzeti 1853-cü ildə sonuncu Qarabağ xanı Mehdiqulu xanın zavodundakı atlar haqqında yazırdı: “Bu zavodun qədim və yaxşı cinslərindən biri “Sarılar” adı ilə məşhurdur. Onlar qızılı-kürəndirlər; boyları hündür deyil: 1-1,5 metr, başı yaraşıqlı, ərəb atlarına oxşayır, qabarıq alovlu gözləri var, burun pərləri enlidir, qulaqları kiçik, boyunları uca və yaraşıqlıdır; yalnız boğazlarında bəzən hülqumları olur, bu səbəbdən də atlının altında atın boynu ceyran boynu kimi görünür; arxası və beli düz, döşü və ümumiyyətlə, gövdəsi enli, iridir, quyruğu gözəldir, amma uzunömürlü deyil, yanları yaxşı quruluşdadır, əzələləri gözəgəlimli və möhkəmdir, bu atlar heç vaxt özlərini ələ vermirlər”.




