

TAHİR SALAHOV
DÜNYA ŞÖHRƏTLİ AZƏRBAYCANLI RƏSSAM
Redaktor: Tahir Balıyev Dizayner: Elnur Salayev

İlk əsərləri Ə.Əzimzadə adına Rəssamlıq Məktəbi və V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunda təhsil alarkən yaratdığı "Dalğa", "Estakada", "Təmirçilər" olub.
Sənətkar rəssamlıqda "sərt üslub"un banilərindən və liderlərindən olub. Bu üslub Stalin dövrünün "ütülü realizm"inə qarşı idi. Rəssamın yaradıcılığında neft və neftçilər mövzusu xüsusi yer tutub. Sənətkar görkəmli şəxslərin portretlərinə də yaradıcılığında geniş yer ayırıb. Onların arasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Mirzə Ələkbər Sabir, Mstislav Rostropoviç, Rəsul Rza, Maqsud İbrahimbəyovun və digərlərinin portretlərini qeyd etmək olar.
Salahov həmçinin natrümortları və Abşeron mənzərələrinə həsr olunmuş əsərləri, tamaşalar üçün qurduğu dekorasiyalar, ABŞ, İtaliya, Meksika və başqa ölkələrdə yaratdığı əsərlərlə tanınır. Rəssamın əsərləri Azərbaycan, Rusiya, Ukrayna və digər ölkələrin muzeylərində və şəxsi kolleksiyalarında saxlanır.
Onun fərdi sərgiləri dəfələrlə dünyanın müxtəlif şəhərlərində keçirilib. Tahir Salahov Rusiya Rəssamlıq Akademiyasının bədii şurasında işləyərkən Moskvadakı İsa Məsih kilsəsində bərpa işlərinə öz töhfəsini verib. Salahovun səyləri nəticəsində Rusiyada məşhur rəssamlar F.Bekon, Q.Yukker, D.Rozenkvist, R.Rauşenberq, Y.Kunellis, R.Tamaylo və digərlərinin sərgiləri keçirilib.
