Çibukçiyan ailəsi ilə birgə Azərbaycana keçməyə hazırlaşır
Ermənistanın Tavuş vilayəti qubernatorunun keçmiş müşaviri Lübik Çibuxçyan vəzifəsindən aşağılayıcı şəkildə uzaqlaşdırılmasına etiraz olaraq ailəsi ilə birgə Azərbaycana gəlməyə hazırlaşır. musavat.com-un məlumatına görə, bu barədə o, news.am saytının əməkdaşına açıqlamasında deyib.
“Keçəcəyəm Azərbaycana. Orada nə olar, olar. Mən qorxaq adam deyiləm. Burada məni, ailəmi incidirlər. Məni qiymətləndirmirlər. Ona görə də Ermənistandan getmək istəyirəm”, - deyə keçmiş məmur söyləyib.
Xatırladaq ki, iki gün öncə o, ailəsi ilə birgə siyasi sığınacaq üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət eləmişdi. Rəsmi Bakının məsələyə reaksiyası hələlik bəlli deyil.