Bağdadda son vəziyyət - VİDEOLAR
Yüzlərlə iraqlı ölkənin şimal bölgələrində nəzarəti ələ almış islamçı yaraqlılara qarşı döyüşmək üçün paytaxt Bağdad və ölkənin başqa şəhərlərində orduya könüllü yazılmaq üçün çağırış mərkəzlərinə üz tutub. Könüllülər bu addımı İraqın nüfuzlu şiə din xadimi olan Ayətullah Əli Əl-Sistaninin çağırışına cavab olaraq atır: "Biz liderimizi dinlədik.Əmrinə uyğun olaraq Samarraya gedirik. Dinsizlərin, ateistlərin əlindən almaq üçün Mosula gedirik. Bunlar nə sünni, nə də şiə"
Britaniya mətbuatı isə xəbər verir ki, İŞİD Bağdada hücum etmək üçün plan hazırlayır. Bu arada İŞİD İraq hərbiçiləri və polislərinin buraxdığı silah və hərbi texnikanı ələ keçirib: “Söhbət milyardlarla dollar dəyəri olan hərbi texnikadan gedir. Hazırda bu texnika terrorçuların ixtiyarındadır”.
Yaraqlılar 5 türkməni öldürüb
İraq Şam İslam Dövləti (İŞİD) silahlıları türkmənlərin sıx yaşadığı Mosulun Telafer yaşayış məntəqəsini atəşə tutub. İŞİD bundan əvvəl yerli polisin həbs etdiyi bəzi silahlıların azad olunması tələbinə mənfi cavab veriləndən sonra hücuma keçib. Atəş nəticəsində 5 türkmən ölüb. Onların arasında qadın və uşaqlar da var. İraq ordusu çəkildiyi üçün hazırda Telaferi yerli polis müdafiə edir.
İŞİD Mosul əhalisi üçün yeni davranış qaydaları tətbiq edib
“İraq və Şam islam Dövləti” terrorçu qruplaşması ələ keçirdikləri İraq şəhərlərinin sakinləri üçün davranış qaydaları tətbiq edib. Lent.az-ın verdiyi məlumatına görə, yeni qaydalara əsasən, bütün müsəlmanlar gündə 5 dəfə məsciddə namaza qılmalıdır. Siqaret çəkmək və spirtli içkilər içmək yasaqlanıb. Yerli polisə və hərbçilərə İŞİD-a təslim olmaq əmri verilib. Əks halda onları öldürəcəkləri ilə hədələyiblər. Qadınlar “ləyaqətli” geyinməli, evdən yalnız ciddi ehtiyac duyulduqda çıxmalıdır.
Xatırladaq ki, iyunun 10-da bu terrorçu təşkilat Mosul və Tikriti ələ keçirib. Bu basqın nəticəsində on minlərlə dinc sakin ev-eşiyindən didərgin düşüb.
Mənbə: euronews.com, haberler.com
https://www.youtube.com/watch?v=0-7TI4eNpcI
https://www.youtube.com/watch?v=tfNycAEMqlM