top of page

Erməni öz vətənində Bakıdakı igidliyindən danışdı

“Salamlama nitqindən sonra onlar yenidən öz 20% işğal olunmuş əraziləri ilə bağlı köhnə nəğmələrini oxumağa başladılar”.

Bu açıqlama ilə NATO PA-nın Bakıda keçirilən “Rose Roth” seminarında iştirak edən erməni parlamentari Tevan Poqosyan öz ölkəsinin mediasına açıqlama verərkən deyib.

O, erməni parlamentarilərinin Bakıda tam qürurla və uğurla iştirak etdiyini bildirib:

“Bizi etiraz aksiyası ilə qarşılamaları məsələsini sonradan öyrəndik. Seminar öz işinə normal başladı. Salamlama nitqindən sonra onlar yenidən öz 20% işğal olunmuş əraziləri ilə bağlı köhnə nəğmələrini oxumağa başladılar. Ümumilikdə yeni heç bir şey deyilmədi. Biz dedik ki, əgər konflikti həll etmək istəyirsinizsə, o zaman Qarabağ danışıqlara cəlb edilməli, cəbhə xəttindən snayperlər götürülməlidir. Bir sözlə, biz Səfərovdan başlayaraq, Xankəndi aeroportu məsələsinə qədər hər şeyə cavab verdik”.

bottom of page