top of page

Rusiyalı nazir: “Avrasiya İttifaqı strateji layihədir və bura Azərbaycan da cəlb olunacaq”

Rəsmi Moskva Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə girişini gözləyir.

Bu bəyanatla Rusiya regional inkişaf naziri İqor Slyunyayev çıxış edib. O bildirib ki, Avrasiya İqtisadi İttifaqı yalnız iqtisadi deyil, həm də siyasi sahədə strateji layihədir. Nazir hesab edir ki, buna görə Azərbaycanın Avrasiya İttifaqına birləşməsi real perspektivdir.

“Azərbaycanın bu layihəyə cəlb olunması ehtimalı çoxdur. Azərbaycanın bu quruma birləşməsi tamamilə real perspektivdir. Mən bunu istisna etmirəm”,-deyə İ. Slyunyayev bildirib. Qeyd edək ki, may ayının 29-da Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi İttifaqının yaradılması barədə müqaviləyə imza atıblar. Kremlin bu layihəsinin 2015-ci ilin ilk aylarından reallaşacağı gözlənilir.

bottom of page