İyunun 16-ı, axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-nabran yolunun 4-cü km-də qeydə alınıb.
1993-cü il təvəllüdlü, Xaçmaz şəhər sakini Novruzov Rəşad İslam oğlu idarə etdiyi “Nissan” markalı «27 AA 166» dövlət nömrə nişanlı avtomaşın idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb.
Qəza nəticəsində Xaçmaz rayonu, Mançaroba kənd sakini 1992-ci il təvəllüdlü Ağamirzəyev Kamil İsmət oğlu dünyasını dəyişib. Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qəza zamanı avtomaşında 5 nəfərin olduğu bildirilir. Maşında olan 3 nəfər xəsarət almayıb. Qəzaya düşən şəxslər “Azərenerji” ASC-nin əməkdaşlarıdır.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.