PRESS NEWS AZERBAIJAN

Lukaşenko “Yanukoviç”in tutulmasını tələb etdi

18.06.2014

Belarus prezidenti Aleksandr Lukaşenkonu qalmaqallı telefon oyunu bərk qəzəbləndirib. Bu qalmaqala görə prezidentin adyutantı və hökumətlə rabitəyə cavabdeh şəxs artıq cəzalandırılıb. Bununla yanaşı, Lukaşenko tələb edib ki, telefon zarafatcılı bir həftə ərzində tutulub yem ehtiyatı toplayan briqadaya işləməyə göndərilməlidir. Əks halda, həmin işi görmək üçün Belarus Dövlət Təhlükəsizlik Komitəsinin və Prezident Administrasiyasının rəhbərləri gedəcəklər.

Xatırladaq ki, məşhur Vovan222 telefon təxribatçısı Aleksandr Lukaşenkoya zəng edərək özünü Ukraynadan qaçan prezident Viktor Yanukoviçin oğlu kimi təqdim edib. Bu olay əməlli-başlı qalmaqala səbəb olub.

Please reload

ƏN ÇOX OXUNANLAR