PRESS NEWS AZERBAIJAN

Telaferdə hava hücumunda 70 İŞİD döyüşçüsü öldürüldü

18.06.2014

İrak hərbi hava qüvvələrinin hücumu nəticəsində türkmənlərin yaşadığı Telafer qəsəbəsində "İrak Şam İslam Devleti" (İŞİD) adlanan terror qruplaşmasının 70 döyüşçüsü öldürülüb. Bu barədə Türkiyə mediası yazıb.

 

Xəbər verilir ki, öldürülən terrorçularla yanaşı, onların istifadə etdiyi 40 maşın da yararsız hala gətirilib.

İraqın Mosul və Səlahəddin şəhərlərinə nəzarəti ələ keçirən İŞİD döyüşçüləri də İraq hərbi hava qüvvələri tərəfindən ağır zərbə alıblar. Əməliyyat terror təşkilatının hərbi qüvvələrinin yerli əşirət rəisinin evində ziyafətdə olduqları vaxt həyata keçirilib.

Please reload