Ukrayna hərbçiləri “Çeçen” qruplaşmasının 12 silahlı üzvünü əsir götürüblər.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Həbs olunanlar aprel-iyun ayları ərzində terror qruplaşmalarının tərkibində Ukrayna hərbi hissələrinin birinə, Daxili İşlər Nazirliyinin Mariupol şöbəsinə hücumda, kütləvi qarşıdurmalarda iştirakda, dinc sakinlərin, nəqliyyat vasitələrinin oğurlanmasında, soyğunçuluqda ittiham olunurlar. Əməliyyat zamanı onlardan avtomat, pulemyot, döyüş patronları və partlayıcılar götürülüb.