PRESS NEWS AZERBAIJAN

Ermənilər bunu da etdi - 3 uşaq anasını yaraladılar

İyunun 19-da saat 18-dən başlayaraq Tovuzun sərhəd kəndləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Rayonun Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayev APA-ya bildirib ki, atışma rayonun Əlibəyli və Hacallı kəndlərində olub.

Məlumata görə, erməni silahlı qüvvələri kəndləri iri çaplı silahlardan atəşə tutublar. Əlibəyli kənd sakini, 1969-cu il təvəllüdlü, 3 uşaq anası Əliyeva Ənayət Totan qızı evinin qapısından içəri girərkən qəlpə yarası alıb. Dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, saat 18-dən başlayan atışma saat 23 radələrinə kimi davam edib.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR