Bu ay ərzində Bakıda 10 suda boğulma hadisəsi qeydə alınıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev- bildirib ki, 7 nəfər həkimlər gələnə qədər dünyasını dəyişib, 3 nəfər isə xəstəxanaya çatdırılıb.
Suda boğulma halları daha çox Mərdəkan və Şüvəlan ərazilərində qeydə alınıb.
Baş həkimin müavini qeyd edib ki, çimərlik mövsümünə iyunun 8-dən start verilib, həmin vaxtdan paytaxtın 15 çimərliyində təcili yardım briqadaları əhaliyə xidmət göstərir.