PRESS NEWS AZERBAIJAN

Cübbəli Xoca İŞİD haqda: “Bunlar namussuzun və şərəfsizin böyüyüdürlər” - Video

İraqın bir çox şəhərlərini ələ keçirən, minlərlə insan ölümünə səbəb olan radikal terrorçu vəhhabi qruplaşması İŞİD-ə (İraq Şam İslam Dövləti) qarşı ən sərt sözləri Türkiyədə Cübbəli Əhməd Xoca olaraq tanınan Əhməd Mahmud Ünlü deyib. Əhməd Mahmud Ünlü terror qruplaşmasının fəaliyyətinin cihaddan uzaq olduğunu və əhli-sünnətin bu cür cinayətlər törədə bilməyəcəklərini qeyd edib: “Bunlar əhli-sünnət ola bilməz. Əhli-sünnət qarışqanı belə əzməz. Qətiyyən bu addımlara cihaddır, mücahiddir, şəhiddir deyə düşünməyin. Səmimi deyirəm, həlak olarsınız. O yolda ölsəniz, puç olarsınız.

Bunlar xəvaricilərin davamıdır. Bunlar cəhənnəm itləridir. Bunlar həzrəti Əlini belə Allah rizası üçün öldürən xəvaricilərin davamçılarıdır. Bunlar təkfirçilərdir. Ən böyük özəllikləri o saat “kafir” damğasını yapışdırmaqdır. Bunlar çox böyük namussuz və şərəfsizdirlər. Bunlarda qeyrət deyə bir şey yoxdur. Millətin arvadını, qızını cariyə deyə görürlər. “Biz bu yolda mücahidik”,– deyib hər şeyi edirlər”.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR