Müdafiə Naziri Zakir Həsənov orduda korrupsiya hallarına yol verənlərə sərt mesaj verib.
Müdafiə Naziri Zakir Həsənov deyib ki, cənab prezidentin bununla əlaqədar xüsusi tapşırıqları olub ki, “kimin əsgərin payında, dövlətin malında gözü varsa onlara qarşı ciddi mübarizə aparılır. Bu mübarizə gələcəkdə də aparılacaq. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq onlara qarşı ciddi mübarizə aparılacaqdır.
Nazir deyib ki təəssüf olsun ki, belə hallar Silahlı Qüvvələrdə olub. Bunun qarşısı tam alınmayıb, bu mümkün deyil. Ancaq mübarizə ciddi şəkildə aparılır. “Dəfələrlə demişəm birdən kiminsə ağlına gələr, indidən fikrindən əl çəksin. Bunun nəticələri də var. Azərbaycanda məlumat almaq çətin deyil. Hamı bir-birilə tanışdır.”