top of page

İrəvana çox qəfil gəliş

İyunun 25-də Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatının baş katibi, general-polkovnik Nikolay Bordyuja İrəvana gəlib. ANS PRESS-in məlumatına görə, rus general Ermənistan müdafiə naziri Seyran Ohanyanla görüşüb. Rəsmi məlumata görə, görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib. Həmçinin KTMT-nin regionda iştirak payının gücləndiriləməsinə toxunulub. Sülməramlı qüvvələrin inteqrasiyası ilə bağlı iyulun 1-2-də İrəvanda keçirilməsi nəzərdə tutulan foruma hazırlıq da müzakirə edilib. Qeyri-rəsmi məlumatlara görə isə Bordyujanın səfəri İrəvannı Avrasiya Birliyinə girmək məsələsində keçirdiyi tərəddüdləri aradan qaldırmaq məqsədi daşıyır. Çünki iyunun 27-də Gürcüstan, Ukrayna və Moldova Avropa Birliyi ilə Assosiasiya haqqında saziş bağlayacaqlar. Əvvəllər bu siyahıda Ermənistanın da adı vardı. Amma sonradan Ermənistan bu sazişdən Moskvanın təzyiqi ilə imtina etdi. Hazırda müxalifət məsələ ilə bağlı Ermənistan hakimiyyətini kəskin tənqid edir və Sarkisyan hakimiyyətini sazişi bərpa etməyə çağırır.

bottom of page