top of page

İrəvan məmurlarının Xankəndinə səfərinin sirri açıldı

“Son günlər Ermənistanın yüksək vəzifəli şəxslərinin Xankəndinə səfər etmələri Avrasiya İttifaqına üzvlüklə əlaqədardır”. Ermənistanın “Joxovurd” qəzeti öz diplomatik mənbələrinə istinadən məlumat yayıb. Qəzet son günlər Ermənistana Rusiya tərəfindən güclü təzyiqlərin edildiyini bildirib:

“Mənbəmiz bildirir ki, Ermənistanın yüksək vəzifəli şəxslərinin hər biri Qarabağda öz üzərilərinə düşən mövzularla əlaqədar olaraq danışıqlar aparıblar. Onlar İrəvanın Avrasiya İttifaqına üzvlüyündən sonra “Qarabağ”-Ermənistan sərhəddində gömrük keçid məntəqələrinin yerləşdirilməsi ilə bağlı yaranacaq problemləri müzakirə ediblər. Həmçinin, bu problemlərdən çıxış yolları axtarılıb”.

Qeyd edək ki, bu ayın 13-dən etibarən Ermənistanın yüksək vəzifəlilərinin Xankəndinə səfərləri başlayıb. Bunların sırasında Müdafiə naziri Seyran Ohanyan, spiker Qalust Saakyan, Baş prokuror Gevork Kostanyan, Baş nazir Ovik Abramyan və Ədliyyə naziri Ovanes Manukyan var.

bottom of page