PRESS NEWS AZERBAIJAN

İsrailin baş naziri: “Bölgədə müstəqil kürd dövləti yaradılmalıdır”

30.06.2014

İsrailin baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə şiə və sünni qarşıdurmasını miqyasının genişlənməsini şərh edərkən qalmaqallı açıqlama verib. Pressnews.az xarici KİV-ə istinadla xəbər verir ki, İsrail hökumət başçısı Təl-Əviv universitetində tələbələr qarşısında çıxışı zamanı bildirib ki, şiə və sünni davasının böyüməsi bölgədə müstəqil kürd dövlətinin yaradılmasını zəruri edir.

Onun sözlərinə görə müstəqil kürd dövlətinin yaranması regionun təhlükəsizliyi üçün də önəmlidir. “Kürdlər mübariz bir xalqdır və siyasi şərtləri də mövcuddur. Bu mənada onlar müstəqilliyə layiqdirlər”,-deyə B. Netanyahu bildirib.

  Qeyd edək ki, bir müddət öncə ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri və İsrail xarici işlər naziri Aviqdor Libermanın Parisdə baş tutan görüşündə də müstəqil kürd dövlətinin yaradılması məsələsinin müzakirə edildiyi bildirilib.  

Please reload

ƏN ÇOX OXUNANLAR