Ukraynanın könüllü “Donbas”, “Dnepr” və “Aydar” batalyonları, Maydan Şurasının yüzlərlə üzvü Ukrayna Prezidenti Pyotr Poroşenkoya qarşı tələb irəli sürüblər.
Axar.az xəbər verir ki, mitinq iştirakçıları Poroşenkodan atəşkəsi dayandırmağı və dərhal ölkənin şərqində separatçılara qarşı hərbi əməliyyatlara başlamağı tələb ediblər:
“Ukrayna xalqı adından Sizdən tələb edirik: Atəşkəsi dayandırın, hərbi vəziyyət elan edin, könüllü batalyonlara kifayət qədər silah və onlara terrorçuları məhv etmək səlahiyyəti verin”.
Mitinq iştirakçıları həmçinin prezidentdən özünün seçkiqabağı vədlərini yerinə yetirməsini tələb ediblər.