PRESS NEWS AZERBAIJAN

Ermənistan qarışdı: Elektrikin bahalaşması erməniləri küçələrə tökdü-VİDEO

01.07.2014

Ermənistanda ev abonentləri üçün elektrik enerjisinin qiyməti avqust ayının 1-dən 9,9 faiz bahalaşacaq. PRESSNEWS.AZ - Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu haqda qərar respublikanın ictimai xidmətlərin tənzimlənməsi üzrə komissiyada qəbul olunub. Elektik enerjisinin qiymətinin bahalaşmasına etiraz edən ermənilər bu saatlarda paytaxt İrəvanda aksiya keçirirlər. Polislə aksiya iştirakçıları arasında zaman-zaman qarşıdurma da baş verir. Ermənistan müxalifətinin nümayəndələri hesab edirlər ki, elektrik enerjisinin bahalaşması əhalinin ölkədən çıxıb getməsi prosesini daha da sürətləndirəcək.

Please reload

ƏN ÇOX OXUNANLAR