PRESS NEWS AZERBAIJAN

Poroşenko atəşkəsi dayandırdı! Ukraynada müharibə başlayır

01.07.2014

Ukrayna prezidenti Petro Poroşenko Ukraynanın şərqində atəşkəsi uzatmamaq qərarına gəlib. Pressnews.az xəbər verir ki, bu barədə məlumat Ukrayna prezidentinin saytında yerləşdirilib.

 

"Biz hücuma keçəcəyik və torpaqlarımızı azad edəcəyik. Atəşkəs rejiminin uzadılmaması bizim terrorçulara, silahlılara cavabımızdır", - Poroşenko bəyan edib.

 

Ukrayna prezidentinin sözlərinə görə, Ukrayna silahlı qüvvələri, milli qvardiya, sərhəd xidməti və təhlükəsizlik xidməti müvafiq əmrlər alıblar.