PRESS NEWS AZERBAIJAN

“Rus sülhməramlıları Qarabağa daxil olmalıdır”

04.07.2014

“Sülhməramlıların Qarabağ ərazisinə girişi təhdidlərin aşağı düşməsinə səbəb olacaq”. Bunu hərbi ekspert Vladimir Yevseyev “MDB məkanında müasir təhlükəsizlik problemləri” mövzusunda etdiyi çıxışında səsləndirib. O, Moskvanın Ermənistan ərazisinin təhlükəsizliyini təmin edəcəyini bildirib:

 

“Rusiyanın Ermənistanı müdafiə etmək öhdəliyi var. Moskva Ermənistan respublikasinin təhlükəsizliyini təmin etmək üçün 100% yardım eləməyə hazırdır. Dağlıq Qarabağ ərazisindən danışanda isə birinci edəcəyimiz iş snayperləri geri çəkməkdir. Xarici ölkədən gələn təhlükənin qarşısını almaqdan ötrü sülhməramlı məsələsinə baxmaq lazımdır və nəzər yetirilməlidir ki, bunları kim təmsil edəcək. Təhlükəsizliyi təmin etmək üçün Madrid prinsiplərinə hər hansı dəyişiklik etmək lazım deyil. Dövlət sərhədlərində vəziyyətin yaxşılaşdırılması üçün yeni yanaşmalar tapmaq lazımdır”.

 

Please reload

ƏN ÇOX OXUNANLAR