top of page

Sarkisyanın gizli Bakı planı

"Moskva bu məsələni uzadır və bugünkü vəziyyət Sarkisyan üçün iflasdır"

Qazaxıstan xarici işlər nazirinin Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olması haqqında razılaşmanı oktyabrdan tez imzalana bilməyəcəyi haqqında bəyantı İrəvanda həyəcana səbəb olub.

ANSPRESS-in məlumatına görə, bu ölkədə hesab edirlər ki, yeni Birliyə daxil omaq yolunda böyük problem yaranıb. "Aydındır ki, bunlar hər şeydən əvvəl Azərbaycanla bağlıdır", deyə yerli mətbuat yazır. Moskva Azərbaycanı da bura cəlb etmək üçün səylər göstərir. Lakin Bakı bu ideyaya soyuq yanaşır və hesab edir ki, bu məsələnin müzakirəsinə Kremlin Dağlıq Qarabağ və digər işğal edilən rayonların azad edilməsi istiqamətində hər hansı addım atmasından sonra qayıtmaq olar.

Erməni mətbuatı daha öncə də öz prezidentlərinin manevrlərindən yazırdı. Sən demə, Serj Sarkisyan ancaq bu birliyin üzvi yox, həm də həmtəsisiçilərindən olmaq istəyib ki, rəsmi Bakı bu quruma daxil olmaq istəyəcəyi təqdirdə ona veto qoya bilsin.

Ancaq qəzetlər yazırlar ki, Moskva bu məsələni uzadır və bugünkü vəziyyət Sarkisyan üçün iflasdır.

Kremlin təzyiqi altında Ermənistan Avropa Birliyi ilə Asossasiya sazişi imzalamadı. İndi isə ölkənin Avrasiya Birliyinə daxil olma məsələsi uzanır.

Mətbuatın fikrincə, Ermənistan üçün bu çox pisdir, ölkənin əli hər şeydən üzülə bilər.

bottom of page