top of page

Gecə saatlarında İraq ordusu İŞİD-i bombaladı

İraq orduru ötən gecə yenidən İŞİD-ə qarşı hava zərbələri endirib. Ölkənin hava qüvvələri Mosul şəhərində İŞİD qiyamçılarının mövqelərini bombalayıb. Pressnews.az xarici mediaya istinadən xəbər verir ki, təçkilatın itkiləri barədə dəqiq məlumat verilməsə də, ölənlərin sayını çox olduğu ehtimal edilir.

Bu arada İŞİD rəhbərliyi İraq hökumətini Mosulda dinc əhalinin yaşadığı əraziləri bormbardman etməkdə günahlandırıb. Təşkilatın bildirdiyinə görə, gecə saatlarında yer alan hava zərbələri zamanı bir neçə yaşayış evi də bombardmana məruz qalıb və dinc əhali arasında itkilər var. Amma İraq hökuməti İŞİD-in açıqlamasını yalan adlandırıb və yalnız terror qruplaşmasına qarşı zərbələrin endirildiyini açıqlayıb.

bottom of page