PRESS NEWS AZERBAIJAN

ABŞ səfiri: Dağlıq Qarabağa bitişik rayonlar qaytarılacaq, Laçından başqa

08.07.2014

“Mənim sözlərimdə heç bir yenilik yoxdur”.

ABŞ-ın Ermənistanda fövqəladə və səlahiyyətli səfiri Con Hefferin Dağlıq Qarabağ ətrafı ərazinin qaytarılmasını Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının əsas altı elementindən biri olduğunu hesab edir.

O bunu “NovostoiArmeniya”nın müxbiri ilə söhbət zamanı bildirb, Səfirin sözlərinə görə, o, bununla da ilk növbədə Dağlıq Qarabağa bitişik rayonların Azərbaycana qaytarılmasını nəzərdə tutmur.

“Xeyr-xeyr, bu məsələnin yekun mərhələsi çərçivəsində nəzərdə tutulur. Altı razılaşdırılmış elementdə bildirilib ki, Dağlıq Qarabağın yekun statusu azad iradə bəyanatı ilə həll ediləcək. Bundan sonra Dağlıq Qarabağ ətrafı ərazi Laçın dəhlizi istisna olmaqla qaytarılacaq. Ona görə də mənim sözlərimdə heç bir yenilik yoxdur”, - Con Hefferin bildirib.

Azad edilmiş ərazinin qaytarılacağı halda erməni tərəfinin təhlükəsizliyi məsələsi barədə suala cavab verərkən amerikan diplomatı vurğulayıb ki, altı element eləcə də beynəlxalq sülhməramlı qüvvələri də nəzərdə tutur:

“Bu qüvvələrin tərkibində hansı təşkilatın və ölkənin qüvvələrinin olacağı isə tərəflər arasında danışılacaq. Əlbəttə, müəyyən təhlükəsizlik zəmanəti vacibdir və erməni tərəfi əraziləri qaytarana qədər beynəlxalq sülhməramlı qüvvələrin olması labüddür”, - Con Hefferi yekunlaşdırıb.

Please reload

ƏN ÇOX OXUNANLAR