top of page

Anjelina Colinin 1990-cı illərdə narkoman olduğu vaxtların videosu yayıldı - VİDEO

anjelina joie.jpg

Aktrisanın qollarında iynə izləri görünür.

Məşhur aktrisa Ancelina Colinin narkotik istifadə etdiyi müddətdə çəkilən video görüntüləri internetdə yayılıb.

İllərdir Ancelina Coliyə kokain və heroin satdığını söyləyən, ancaq heç kimin inanmadığı narkotik satıcısı Franklin Meyerin çəkdiyi görüntüləri “National Enquirer” yayımlayıb.

Görüntülərdə çətinliklə danışdığı görülən Colinin narkotik təsiri altında olduğu da gözdən qaçmır. Amerika mediasının yaydığı məlumatlarda atası Jon Voight ilə danışan məşhur oyunçunun qollarında da iynə izləri olduğu bildirilir. Hazırda 6 uşağı olan və özü kimi aktyor Bred Pitt ilə xoşbəxt bir həyat yaşayan aktrisa videosunun yayımlanmaması üçün çox çalışdığı və pul təklif etdiyi iddia olunur.

Qeyd edək ki, Coli kanallara və qəzetlərə verdiyi müsahibələrdə keçmişdə narkotik işlətdiyini etiraf etmişdi.

bottom of page