PRESS NEWS AZERBAIJAN

"Bavariya" Levandovskini ictimaiyyətə təqdim etdi

10.07.2014

"Bavariya" "Borrusiya"dan transfer etdiyi Robert Levandovskini ictimaiyyətə təqdim edib. Almaniya mətbuatının yaydığı xəbərə görə, keçirilən mətbuat konfransında polşalı hücumçu yeni mövsümdə Münhen təmsilçisi ilə uğurlar qazanmağa hazır olduğunu deyib: "Bavariya"nın hər mövsüm çempionluq uğrunda mübarizə apardığını bilirəm. Burada özümü çox yaxşı hiss edirəm və yeni mövsüm üçün hazıram. "Bavariya" oynayacağım vaxt ərzində daha da güclü olacam". Qeyd edək ki, bu il qış transferi pəncərəsində "Bavariya" ilə beş illik müqavilə imzalayan Levandovski yeni klubunda 9 nömrəli forma geyəcək.

Please reload