Finalda Almaniya-Argentina dueli!
Futbol üzrə DÇ-2014-ün digər finalçısının adı məlum olub. Belə ki, yarımfinal matçında Argentina və Hollandiya milliləri üz-üzə gəlib. Görüşün əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Pemaltilər seriyasında daha dəqiq olan (4:2) Argentina millisi finala yüksəlib. Beləliklə, finalda Almaniya və Argentina milliləri qarşılaşacaq. Görüş iyulun 13-də keçiriləcək. Qeyd edək ki, bu komandalar 1990-cı ildə keçirilən mundialın finalında da üz-üzə gəliblər və almanlar 1:0 hesablı qələbə ilə dünya çempionu adını qazanıb. Hollandiya və Braziliya yığmaları isə iyulun 12-də üçüncü yer uğrunda üz-üzə gələcək.