top of page

Ohanyan Azərbaycanla sərhəddə mətbuat konfransı keçirdi

02.jpg
Azərbaycan ordusunun Qarabağda 10 min şəxsi heyətin, aviasiyanın və zirehli texnikanın, habelə ehtiyatdan çağırılmış minlərlə hərbçinin iştirakı ilə irimiqyaslı döyüş təlimərini davam etdirdiyi bir vaxtda Ermənistan müdafiə naziri Seyran Ohanayn da tələsik özünü səngərə atıb.

Virtualaz.org saytı erməni qaynaqlarına istinadən xəbər verir ki, bu gün Ohanyan Azərbaycanla sərhədə gələrək səngərdə mətbuat konfransı keçirib.

Ohanyan Ermənistan-Azərbaycan sərhədində gərginliyin “Azərbaycanın hərbi-siyasi rəhbərliyinin və silahlı qüvvələrinin hərəkətləri nəticəsində yarandığını” bildirib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinə və “Qarabağ müdafiə ordusuna” ancaq Azərbaycan tərəfinin hədəfə yönəlmiş atəşlərinə cavab vermək əmri verilib.

“Cavab gözlənilməz olur, ancaq nizamsız atəşlərə cavab vermirik. Əmr qüvvədə qalır, əgər Azərbaycan tərəfi hədəfi nişan alan atəşlərin sayını artırsa, adekvat cavab alacaq” - deyə Ohanyan bildirib.

Ohanyan deyib ki, əgər Azərbaycan yaşayış məntəqələrini atəşə tutmaqda davam etsə, erməni tərəfi də cavab verməyə məcbur olacaq: “Ciddi cavab olacaq, o fərqlə ki, biz yaşayış məntəqələrini atəşə tutmuruq, ancaq onların hərbçiləri ziyan çəkir”.

Qeyd edək ki, yaşayış məntəqələrinin atəşə tutulması praktikasından məhz Ermənistan ordusu istifadə edir və Tovuz rayonunun sərhəd kəndləri düşmən ordusunun aramsız atəşi altındadır. Azərbaycan ordusu isə düşmənin hər atəşinə onqat cavab vermək əmri alıb.

bottom of page