Sarkisyanı heç kim qarşılamayıb
. Sonda biabırçı vəziyyətdən utanaraq ölkəni tərk etmək istəyən Sarkisyanı San-Martin sarayında xarici işlər naziri Hektor Timerman və vitse-prezidenti Amado Vill qarşılayıb. Çıxılmaz vəziyyətə düşən Ssrkisyana bildiriblər ki, prezident Kristina Kirşner onu bir qədər sonra qəbul edəcək. Biabırçı vəziyyəti bir az yumşaltmaq və Sarkisyanın təhqir olunmuş mənliyinə sığal çəkmək naminə Hektor Timerman, “Sarkisyanın Latın Amerikası ölkələri arasında ilk öncə Argentinaya gəlməsi iki ölkə arasında sıx əməkdaşlığın təzahürü və prezidentin əlaqələri daha hamar müstəviyə gətirməsi istəyindən doğur" deyə fikir bildirib. Onun fikrincə Argentinada olan güclü erməni lobbisi iki ölkə arasında əlaqələrdə mühüm yer tutur. Daha sonra səfərin prezident administrasiyasında davam edəcəyi bildirilsə də, Sarkisyanın kiminlə görüşəcəyinə heç bir fikir bildirilməyib. Lakin bu görüş də təxirə salınır və erməni prezident bir neçə saat "Alvear" otelindəki nömrəsində gözləməli olur. Sonra isə görüşün biabırçılığı pik həddə çatır. Belə ki, du dəfə də Sərkisyana, Argentina prezidentinin ümumiyyətlə onunla görüşə bilməyəcəyi, Kristina Krişner xəstələndiyi bildirilir... Bu dəfə səfərin proqramı tez bir zamanda dəyişilir. Sarkisyana dərdini danışmaq üçün qəbirstanlığa getməyi və orada general San-Martinin qəbrini ziyarət etməyi məsləhət görürlər. Sonra argentina tərəfinin yola verməsi “ali” qonağı Buenos-Ayresin meri Maurisio Makrinin qəbulu ilə davam edir. Heç kimin önəm vermədiyi səfərdə yenə də erməni diasporu prezidentin köməyinə çata bilir. Nəzərinizə çatdıraq ki, Argentinada dünyaca üçüncü ən böyük erməni diasporu fəaliyyət göstərir. Corporacion America şirkətinin erməni prezidenti Eduardo Eurnikyanla görüşən Sarkisyan incikliyini biruzə vermir. Qısa görüşdən sonra isə biabırçı səfər sona çatır. Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın “vassalı” kimi tanınan və iqtisadiyyatının böyük faizinin RF şirkətləri nəzdində olan Ermənistan, qonşu ölkələrə də torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir.