"Tottenhem" 27 yaşlı qolkiperlə müqaviləni yenilədi
"Tottenhem" qapıçısı Huqo Llorislə müqaviləni yeniləyib. Bu barədə ingilis klubunun rəsmi saytı məlumat yayıb. Məlumata görə, 27 yaşlı qolkiperlə beş il müddətinə yeni müqavilə imzalanıb. Qeyd edək ki, H.Lloris Fransa millisi ilə DÇ-2014-də yaxşı oyunu ilə seçilib. Xatırladaq ki, H.Lloris 2012-ci ildən "Tottenhem"in şərəfini qoruyur.