Almaniya millisinin baş məşqçisi Yoahim Löv "DÇ-2014"ün finalındakı rəqibləri Argentina yığması haqda danışıb. "Sport1.de"yə danışan təcrübəli mütəxəssis Argentinanın güclü rəqib olduğunu bildirib: "Finalda Avropa komandası Cənubi Amerika təmsilçisinə qarşı oynayacaq. Rəqib güclü komandadır. Onların heyətində Lionel Messi və Qonzalo İquain kimi futbolçular çıxış edir. Bu oyuna yaxşı hazırlaşacağıq".
Qeyd edək ki, Almaniya - Argentina oyunu iyulun 13-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.