PRESS NEWS AZERBAIJAN

“Arazbarı” Arazın o tayında

11.07.2014

 

Kitabda Vətən sevgisi və vətəndaşlıq mövqeyi, torpaq həsrəti, milli hisslərimizin, duyğularımızın, adət-ənənələrimizin, gündəlik həyatımızda rastlaşdığımız hadisələrin qeyri-adi yozumu, ən başlıcası isə Uca Tanrıya və Onun yaratdığı insana, təbiət gözəlliklərinə irfani eşq insan qəlbini riqqətə gətirir. “Vətən deyib yola varan”, “Ruhum yollar ayrıcında”, “Ay qaragilə” və “Mən tanrının yol adamı” bölümlərindən ibarət olan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

Kitabda yer alan “Ata evim”, “Salam ata”, “Sərçələrin yurd sevgisi”, “Sökülən evlər, ömürlər, xatirələr” adlı şeirlər maraqlı bir mənzərə canlandırır. Müəllif qələmə aldığı şeirlərdə ata ocağı ilə yanaşı, Arazın o tayı, yəni Güney Azərbaycan üçün, söndürülməkdə olan Qarabağ ocağı, eləcə də paytaxtda ağına-bozuna baxmadan sökülən evlər üçün eyni hüznlə dil deyib ağlayır.

Qeyd edək ki, Sona Vəliyevanın indiyə qədər işıq üzü görmüş “Azərbaycançılıq milli ideologiya və və ədəbi-estetik təlim kimi”, “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” elmi-publisistik və “çəhrayı rəngli dünyam” şeirlər kitabı oxucular tərəfindən rəğbətlə qarşılanıb. Kitaba görkəmli yazıçı, millət vəkili Sabir Rüstəmxanlı ön söz yazıb.

İnterpress.az

Please reload

ƏN ÇOX OXUNANLAR