PRESS NEWS AZERBAIJAN

Fransa raketinin xofu (VİDEO)

11.07.2014

Fransa Azərbaycana orta mənzilli zenit raket kompleksi satmaq niyyətindəndir.

ANS TV-nin məlumatına grə, bu ilin mayında Fransa prezidenti Fransua Olland Bakıda səfərdə olarkən bununla bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparıb və zenit raketlərindən Xəzər dənizindəki neft yataqlarını mühafizə məqsədilə istifadə etməyi təklif edib. Bu komplekslərin qiyməti 10 milyonlarla AZN civarında ölçülür. Fransanın daha bir şirkəti “Azərkosmos” ASC ilə birgə kosmosa “SPOT-7” peykini buraxmışdı.

Hərbi ekspertlər düşünür ki, Azərbaycan və Fransa müdafiə nazirlikləri arasında sıx münasibətlər mövcuddur. Ötən ilin sonlarından hər iki ölkə MN arasında imzalanan plana əsasən birgə hərbi təhsil və hərbi texniki əməkdaşlıq etmək öhdəliyi var. Mümkündür ki, zenit raket komplestlərinin alınması da bu əməkdaşlıqdan irəli gəlir.

Hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycan öz müdaifəsini və təhlükəsizilyini təmin etmək üçün sözsüz fransız istehsalı hərbi təyinatlı məhsullardan istifadə etmək qərarına gəlib. Karbohidrogen məhsulları enerji resusrları da önəm kəsb edir. 

Artıq Ermənistan tərəfi Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsindən narahat olmağa başlayıb. Ermənistan müdafiə naziri Seyran Ohanyan Fransa şirkətinin Azərbaycana peyk satmasına münasibət bildirməkdən yayınıb. Jurnalistlər Azərbaycan-Ermənistan sərhədində olan Ohanyana əvvəlcə Rusiyanın Azərbaycana silah, indi isə Fransanın peyk satmasına dair sual verib. Erməni nazir suala cavabı belə olub ki, Fransanın Azərbaycana mülki məqsədlər üçün satdığı peyk həm də hərbidə istifadə oluna

bilər. 

 

Please reload

ƏN ÇOX OXUNANLAR