top of page

Ermənistanda üsyan: Hökumət evinin qarşısı tutuldu — VİDEO

18 aylıq əmək haqqını ala bilməyən “Nairit” zavodunun işçiləri Ermənistan hökumət evinin önündə kütləvi etiraz aksiyası keçiriblər.

Etirazçı kütləni sakitləşdirmək üçün Baş nazir Ovik Abramyan onların önünə çıxıb. Zavodun işçiləri əmək haqları ödənmədən işləməyəcəklərini bildiriblər. Bundan əlavə, etiraz edən kütlə Ermənistanda verilən pensiyaların məbləğinin azlığından da şikayətləniblər. Baş nazir Ovik Abramyan 20 nəfərlik bir qrupu danışıqlar üçün hökumət evinə dəvət edib. O, “Nairit” zavodunun taleyinin 15 sentyabrda müəyyənləşəcəyini bildirib.

Ovik Abramyan məsələnin tezliklə həll etməyə çalışacaqlarını söyləyib.

bottom of page