PRESS NEWS AZERBAIJAN

Ohanyan: “Azərbaycana cavabımız gözlənilməz olur”

Ermənistan-Azərbaycan sərhədindəki gərginlik Azərbaycan hərbi-siyasi rəhbərliyinin əməllərində əks olunur.

Bu açıqlama ilə Ermənistanın Müdafiə naziri Seyran Ohanyan çıxış edib. O, yenidən öz dövlətinin yürütdüyü yalan siyasətini təkrarlayaraq, Azərbaycan tərəfini mülki əhaliyə atəş açmaqda günahlandırıb:

“Bizim Azərbaycana cavabımız gözlənilməz və sərt olur. Biz kor-koranə edilən atışlara cavab vermirik. Əmr yenə də öz gücündə qalır. Əgər Azərbaycan tərəfi özünün hədəfə alınmış atəşlərinin sayını artırsa, bizim ona adekvat cavabımız olacaq və düşmən bunu öz üzərində hiss edəcək”.

Xatırladaq ki, 2014-cü ilin atəşkəs pozuntusu nəticəsində verilən itkilərin sayı həm Azərbaycan, həm də Ermənistan Müdafiə Nazirliyinin verdikləri açıqlamalara uyğun olaraq hesablanıb və bu rəqəmlər ermənilərin “sərt cavablarının miqyasını” üzə çıxarır.

Azərbaycan 2014-cü ilin 6 ayı ərzində atəşkəsin pozulması və mina partlayışı nəticəsində 13 şəhid verib. Erməni tərəfin açdığı atəş 6 ayda 5 mülki vətəndaşın (1 nəfər Tərtər, 4 nəfər Tovuz rayonlarından olmaqla) yaralanmasına səbəb olub.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı açıqlamada isə atəşkəsin pozulması nəticəsində Ermənistan ordusunun 2014-cü ilin 6 ayı ərzində ümumilikdə 25 (10 nəfər Ermənistan ordusu, 15 nəfər isə separatçı Qarabağ rejiminin terror qruplaşmasının döyüşçüsü) əsgər itirdiyi əksini tapıb. Ermənilər Azərbaycan ordusunun atəşi ilə yaralanan mülki şəxslər barədə statistikanı açıqlamayıblar.

Qeyd edək ki, bu statistikaya əsgərlər arasında silahlı insident və qəzalar nəticəsində olan itkilər daxil deyil.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR