top of page

"Yaxında Bağdadı fəth edəcəyik"

İraqın sabiq Prezidenti Səddam Hüseynin sabiq müavini İzzət Əl-Duri paytaxt Bağdadı çox yaxında ələ keçirəcəklərini bildirib. Duri inqilabçıların Bağdada çox yaxın olduqlarını söyləyib.

İraq ordusuna qarşı silahlanan sünni tayfa liderləri, "Nəqşibəndi" qrupu, İraq ordusunun sabiq generalları, "İraq Şam İslam Dövləti" və "Əl-Qaidə" terror təşkilatına müraciət edən Duri aralarındakı bütün problemləri bir yana buraxmalarını istəyib.

Duri qeyd edib ki, arada olan bütün problemlər Bağdad üçün bir kənara qoyulmalıdır. Bu problemlər böyük ya kiçik ola bilər, ancaq hər şey Bağdadın fəthinə bağlıdır.

bottom of page