top of page

Şuşanı işğal edən general Azərbaycanı hədələdi

02.jpg
"Neft kəmərlərini partladarıq"

Ermənistan ordusunun general-mayoru Arkadi Tedovosyan son zamanlar Azərbaycan və Ermənsistan arasında baş vermiş olaylarla bağlı açıqlama verib.

Avropa.info-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, ermənilərin iddia etdiyi kimi ölkəyə azərbaycanlı diversatnların keçməsinə münasibət bildirib.

Erməni general deyib ki, Azərbaycan-Ermənistan sərhədində elə yerlər var ki, həmin ərazilərdən həm erməni, həm də Azərbaycan tərəf rahat formada keçə bilir: "Hesab edirəm ki, azərbaycanlılar həmin əraziləri keçərək Ermənistana daxil olublar”.

Tedovosyan 10 gündür ki, Azərbaycanla sərhəddə itkin düşmüş 17 yaşlı erməni gənci Sambat Çakanyanın Azərbaycan tərəfindən girov götürüldüyünə inanmadığını bildirib: “Kəşfiyyat qrupları kimisə əsir götürəndə, adətən məlumatlı insanları seçirlər, ona görə də mən hesab edirəm ki, onlar məlumatsız bir yeniyetməni əsir götürməyiblər”.

Tarixi Azərbaycan ərazisi olan Şuşanın işğalına rəhbərlik etmiş Tedovosyan hədələyərək müharibə başlayacağı halda, Azərbaycanın neft kəmərlərinə raket zərbələri endirəcəklərini bildirib: "Azərbaycan dəfələrlə müharibə bəyanatı versə də, çox gözəl bilir ki, belə addım atacağı halda neft kəmərləri Ermənistan tərəfdən vurulacaq”.

bottom of page