PRESS NEWS AZERBAIJAN

Bu dəfə Ohanyan Rusiyanın Azərbaycanla əlaqələrindən QORXDU

15.07.2014

 

 

Rusiyanın Azərbaycanla yaxınlaşmaq cəhdləri  və Kremlin rəsmi Bakı ilə təmaslarının intensivləşdirilməsi Ermənistan hərbi-siyasi dairələrində əməlli-başlı xof yaradıb.

 

Erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyanın ardından bu ölkənin müdafiə naziri Seyran Ohanyan da Rusiyanın Azərbaycana silah satmasından qorxuya düşdüklərini etiraf edib.

 

Ermənistan müdafiə naziri bildirib ki, rəsmi İrəvanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir. “Rusiyanın Azərbaycanla olduğu kimi Ermənistanla da hərbi sferada əməkdaşlığı yüksək səviyyədədir. Ancaq biz Rusiya ilə Ermənistan arasındakı bu əməkdaşlıq haqqında erməni cəmiyyətinə danışa bilmirik”,-deyə S. Ohanyan bildirib.

Erməni nazir qeyd edib ki, Rusiyanın Azərbaycanla hərbi əlaqələri Ermənistanı narahat etməyə bilməz. “Rusiya ilə Azərbaycanın qarşılıqlı əlaqələri Ermənistanı narahat edir”.  

 

Qeyd edək ki, bir neçə gün öncə Argentinada səfərdə olan Ermənistan prezidenti Serj Sərkisyan bu ölkənin “La Nacion” nəşrinə müsahibəsində də Rusiyanın Azərbaycana silah satmasından narahatlığını ifadə etmişdi. Sərkisyan bu tendensiyanı Ermənistan üçün “ağrılı mövzu” adlandırmışdı.

 

Please reload