PRESS NEWS AZERBAIJAN

Lavrov: "Çox kədərlidir"

16.07.2014

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Barak Obamanın Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə dediklərinə münasibət bildirib. Obamanın  Avropa Birliyinə üzv olan ölkələri Rusiyaya qarşı sanksiyalara çağırmasına münasibət bildirən rus diplomat “Böyük bir dövlət başçısının beynəlxalq aləmdə belə bir addım atmaq istəməsi çox kədərlidir”- deyə münasibət bildirib. Xatırladaq ki, ABŞ prezidenti Barak Obama AB ölkələrinə səslənərək Rusiyaya qarşı sanksiyaları genişləndirməyi tələb etmişdi. Obama tələb qəbul olunmayacağı təqdirdə təkcə ABŞ olsa belə sanksiyaların davam etdiriləcəyini bildirmişdi.

 

 

Qeyd edək ki, sanksiyalar iqtisadiyyat və müdafiə sahəsini əhatə edəcək.