PRESS NEWS AZERBAIJAN

ABŞ Rusiyaya inanmır

ABŞ Dövlət Departamenti Ukraynanın RF-nin Rostov bölgəsini atəşə tutması dəlillərini yetərli saymır

Rusiya tərəfindən irəli sürülən Ukraynanın Rostov bölgəsinin Donetsk yaşayış məntəqəsinin atəşə tutması dəlilləri yetərli deyil. ANS PRESS-in məlumatına görə, bu barədə mövqeni jurnalistlərlə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki irəli sürüb.

Psaki Rusiya tərəfindən xarici hərbi attaşelərin bölgəyə dəvət etməsi ilə ABŞ attaşesinin də bu rayona getdiyini təsdiq edib. Elə bu səfərin nəticələrinə görə ABŞ-da bu qərara gəliblər ki, Rusiya tərəfindən irəli sürülən dəlillər “təkzibolunmaz deyildi” dedi.

Qeyd edək ki, daha əvvəl Rusiya ölkədə olan 18 hərbi attaşeni Ukrayna tərəfindən atəşə tutulması iddia edilən ərazilərə apararaq vəziyyətlə tanış etməyə çalışıb.

Похожие посты

Смотреть все

ƏN ÇOX OXUNANLAR