Fələstin hücumları artırdı: İsrail tərəfdən itki var
Qəzzadan atılan raket israilli bir vətəndaşın həyatına son qoyub. Bu dəqiqələrdə də davam edən savaş Həmasın hücumlarını artırması ilə diqqət çəkir. İsrail ordusu Qəzzadan atılan bir raket nəticəsində bir vətəndaşının öldüyünü açıqlayıb və Həmas bu hücumu boynuna götürüb.
Qeyd edək ki, 8 gündür davam edən qarşıdurmalar nəticəsində Fələstin tərəfdən 190 nəfər ölüb.