PRESS NEWS AZERBAIJAN

Obama İsraili qorumaq üçün 621 milyon ayırdı

17.07.2014

ABŞ Konqresi Qəzzada yaşanan qarşıdurmalarla bağlı İsrailə 621 milyon dollar pul ayırıb. 

 

Axar.az xəbər verir ki, ABŞ İsrailin HƏMAS-ın hücumlarından daha yaxşı müdafiə olunması üçün bu addımı atıb. Sözü gedən layihə artıq Senatda qəbul edilib. Bu yardımla İsrail mərmi hücumlarından müdafiə olunmaq üçün "Dəmir Qübbə" sisteminin qurulmasını yekunlaşdıra biləcək. 

 

Qeyd edək ki, 1988-ci ildən bu yana İsrailin müdafiə sisteminə dəstək verən ABŞ rəhbərliyi son günlərdə Qəzzada yaşanan qarşıdurmalardan sonra yenə bu istiqamətdə addım atıb.