Nazir 5 məmuru işdən kənarlaşdırdı
Bu barədə Dövlət Sosial Təminat Xidmətinin rəisi bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Sosial yardım almaq hüququ olmayan 647 ailəyə ünvanlı sosial yardım təyin edilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, bu ailələr Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən rayonlarının sakinləridir. Ümümilikdə bu işlər üzrə 710 min 310 manat vəsait xərclənib. Həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq qanunsuz ödənilmiş vəsaitin 344 min 571 manatı və ya 48,5%-i büdcəyə qaytarılıb. Beş rayonun - Ağdam, Goranboy, İmişli, Daşkəsən, Saatlının ƏƏSMN-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.
Onun sözlərinə görə, 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib. Bu səbəbdən ƏƏSMN-in müvafiq əməkdaşları tərəfindən onlara qarşı şərəf və ləyaqətin qorunması iddiası ilə məhkəməyə müraciət olunub. (interaztv.com)