top of page

Rusiya XİN-dən sərt BƏYANAT:“ABŞ-ın bu cür şantajlarına dözmək niyyətində deyilik”

“Əgər Vaşinqton Rusiya-ABŞ münasibətlərini korlamaq niyyətindədirsə, onda bu, onun vicdanına qalacaq”.

PRESSNEWS.AZ - Rusiya KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyaları şərh edərkən çıxış edib. Rusiya XİN bildirib ki, rəsmi Moskva həmişə konstruktiv əməkdaşlığa açıq olub. Xarici siyasət idarəsi ABŞ-ın tətbiq etdiyi sanksiyaların qarşılığında tədbirlər görəcəyini də vurğulayıb: “Biz bununla bağlı cavab hüququnu gündəmdə saxlamışıq”.

Rusiya XİN vurğulayıb ki, ABŞ-ın bu cür şantajlarına dözmək niyyətində deyil. Qeyd edək ki, ABŞ prezidenti Baraka Obama Rusiyaya qarşı sanksiyalar paketini təsdiq etdiyini bəyan edib. Onun sözlərinə görə, sanksiyalar Rusiya iqtisadi institutlarına və şirkətlərinə qarşı yönəlib.

Sanksiyalar Rusiyanın Ukraynada separatçılara dəstək verdiyinə görə tətbiq edilib. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, sanksiyalar bumeranq effekti verəcək.

bottom of page