Taliban hərəkatı NATO və əfqan ordusunun nəzarətində olan 70 kəndi ələ keçirib.
Axar.az xəbər verir ki, Taliban hərəkatı düşmən qüvvələrinin idarə etdiyi Bandar bölgəsinə bağlı olan Fəryab vilayətində 70-dən çox kəndi azad etdiklərini bildirib.
Baş verən qarşıdurmada əfqan ordusunun Vahid adlı komandiri öldürülüb, yüksək rütbəli 5 komandir isə yaralanıb.
Xatırladaq ki, Taliban Əfqanıstan azadlığına qovuşana qədər NATO və əfqan ordusuna hücumlarını davam etdirəcəyini bildirib. Hərəkat təşkil etdiyi hücumlarda neçə əsgərin həlak olduğu barədə isə heç bir məlumat verməyib.