Dövlət diversiya fəaliyyətini sitimullaşdırmalıdır”
“Ermənistana qarşı diversiya fəaliyyəti genişlənməlidir”
Fazil Mustafa: “Erməni dilini bilən azərbaycanlıların diversiya fəaliyyətinə cəlb edilməsi daha faydalı olar”
Millət vəkili Fazil Mustafa Kəlbəcərə səfər əsnasında girov götürülən azərbaycanlılar, habelə Ermənistana qarşı mübarizədə diversiya tədbirləri və bu tədbirlərin əhəmiyyəti ilə bağlı “Hürriyyət” qəzeti və Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.
- Burada hər hansı bir həvəsləndirmədən söhbət getmir. Bu cür addımlar 20 ildir ki, gecikib. Azərbaycan onun torpaqlarını işğal edənlərə qarşı istənilən növ diversiya fəaliyyəti göstərmək hüququna malikdirlər. Öz evlərini, qəbirlərini, torpaqlarını qorumaq haqqına sahibdir. Bu gün torpaqlarımızın işğal altında olduğu bir zamanda hər bir azərbaycanlı özünü partizan kimi hiss etməlidir. İşğaldakı əraziləri tanıyan şəxslər də bu cür fəaliyyətdən çəkinməməlidirlər. Burada şübhəsiz ki, söhbət insan taleyindən, kimlərinsə əsir düşməyindən, ölümlə üz-üzə gəlməyindən gedir. Amma bu, müharibənin qanunudur. Hərəkət olmadan torpaq qayıtmaz. Ermənilər ən azından narahat olmalı və görməlidirlər ki, azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyirlər. Bunun uğrunda mübarizə aparırlar, həyatlarını riskə qoyurlar. Insanlarımız ermənilərə qarşı sərt addımlar atmaqdan çəkinməməlidirlər və dövlət bunu sitimullaşdırmalıdır.
- Sizcə düşmən nəzarətindəki ərazilərdə kabab bişirmək, şəkil çəkdirmək diversiya hesab oluna bilərmi? Ermənilərə hər hansı itki və tələfatın verilmədiyi bu cür səfərləri zəruri hesab etmək olarmı?
- Kəlbəcərdə kabab bişirmək xəstəlikdir. Və ya Laçında, yaxud işğaldakı başqa yerlərdə kabab bişirmək başqa şeydir, bu bir xəstəlikdir. Lakin işğaldakı ərazilərə düşmənə zərbə endirmək üçün getmək təqdirolunası bir addımdır. Əgər kimsə ora sadəcə şəkil çəkdirmək və bunu yaxınlarına nümayiş etdirmək üçün gedirsə, təbii ki, bu cür səfərlər məqbul deyil. Kabab bişirmək və ya o yerlərin havasını udmaq üçün düşmən nəzarətindəki ərazilərə getmək məsləhət deyil. Çünki düşmən nəzarətindəki ərazilərə daxil olan hər kəs öz həyatı ilə risk edir. Əgər hər hansı bir şəxs düşmənə zərbə vurmaq, heç deyilsə beş ermənini öldürmək, aktiv əməliyyatların olmadığı bir zamanda ona hansısa tələfat vermək üçün bu addımı atırsa, bunu normal qarşılamaq lazımdır.
- Dilqəm Əhmədov və girov götürülən digər şəxslər erməni mətbuatı tərəfindən diversant kimi təqdim olunur. Sizcə bu insanlar həqiqətənmi işğaldakı əraizlərə diversiya məqsədi ilə gedib?
- Hesab edirəm ki, bunu diversiya kimi qiymətləndirmək olmaz. Ən azından ona görə ki, diversiya fəaliyyətində iştirak edən şəxsin rəsimlərinin yayılmamasına, onun məxfiçiliyinin qorunmasına diqqət yetirilir. Azərbaycanın ordusu var və onun kəşfiyyat xidməti onsuz da müəyyən çərçivədə fəaiyyət göstərir. Ancaq bütün hallarda əgər sadə vətəndaşlardan bu cür təşəbbüslər gəlirsə, bu təşəbbüslərin qarşısını almaq olmaz. Əgər kimlərsə həqiqətən də qəhrəmanlıq göstərmək istəyirsə, həmin şəxslərə şərait yaratmaq lazımdır ki, Ermənistanın daxilində qorxu yaratmaq, onları vahiməyə salacaq addımlar atsınlar. Lakin düşmən nəzarətində olan bir əraziyə bu şəkildə getmək, bununla bağlı hansısa görüntülər yaymaq məqsədəuyğun deyil.
- Qarabağın işğalından 20 ildən çox bir vaxt keçsə də, ordu rəhbərliyi düşmən arasında diversiya fəaliyyətini sitimullaşdıracaq heç bir ciddi addım atmayıb. Sizcə hərbi komandanlığın bu müstəvidəki passivliyi nə ilə bağlıdır? Diversiya fəaliyyətinin əhəmiyyəti ordu rəhbərliyi tərəıfindən lazımınca dərk edilmir, yoxsa bunun üçün lazım olan cəsarət çatmır?
- Məncə bunun üçün ordu rəhbərliyində lazımi cəsarət çatmır. Bu cür addımları dövlət koordinasiya etməldir. Açıq şəkildə olmasa da, diversiya əməliyyatlarında iştirak edən şəxslərlə bağlı stimullaşdırıcı addımlar atmalıdır. Vaxtiylə Qarabağ partizanları adlı bir qüvvə də mövcud idi. Amma onların fəaliyyətinin qarşısı dərhal alındı və onlara Qarabağ ərazisində müəyyən addımlar atmağa imkan verilmədi. Fəqət düşünürəm ki, biz buna getməliyik. Təbii ki, dövlət kəşfiyyat tədbirləri həyata keçirir. Lakin Ermənistanda ciddi narahatlıq yaradacaq xüsusi diversiya dəstələrinin mövcudluğu torpaqları qaytarmaq arzumuza cavab verən bir addımdır və biz bu addımı dəstəkləməliyik. Əgər bu məsələdə əlavə tədbirlər həyata keçirilmirsə, hər şey ordunun üzərinə atılırsa, bu natamamlıqdır. Bu, daha ciddi və effektiv tədbirlərin əngəllənməsidir.
- Erməni dilini bilən və işğaldakı əraziləri yaxşı tanıyan orta nəslin bir çox nümayəndəsi hər zaman dövlətin onların özəlliklərindən istifadə etməməsindən gileylənir. Sizcə dövlət bu cür diversiya əməliyyatları üçün erməni dilini bilən şəxslərin imkanlarından yararlanmalıdırmı?
- Əlbəttə bu məsələdə əraziləri yaxşı tanıyan və erməni dilini bilən şəxslərin köməyindən istifadə etmək daha səmərəli olar. Lakin burada könüllülük prinsipi əsas götürülməlidir. Çünki burada söhbət riskli bir işdən gedir. Buna görə də insanlar psixoloji baxımdan da buna hazır olmalıdırlar. Bu səbəbdən də hesab edirəm ki, hazırlıqlı insanlardan ibarət diversiya qruplarının formalaşması gərklidir. Burada erməni dilini bilən şəxslərin iştirakı xüsusilə əhəmiyyətlidir. Çünki düşmən içərisində daha effektiv fəaliyyət göstərmək üçün bu, ciddi əhəmiyyətə malikdir.
- Dilqəm Əhmədov və digər soydaşlarımızın cəbhə xəttini ötməsi o demək deyilmi ki, Azərbaycan ordusu da düşmənlə sərhəddə ayıq-sayıq dayanmayıb? Çünki lazımi sayıqlı olsaydı, o zaman elə Azərbaycan ordusunun əsgərləri mülki şəxslərin qarşı tərəfə keçməsinin qarşısını alardı.
- Xeyr, mən belə düşünmürəm. Çünki həmin ərazilərdə elə nöqtələr var ki, o nöqtələrə nəzarət eləmək faktiki olaraq mümkün deyil. Ora dağlıq və meşəlik ərazidir. Buna görə də həmin boşlqulara görə əsgərləri ittiham eləmək doğru deyil. Buna görə də hər iki tərəf bundan istifadə edib kəşfiyyat və diversiya məqsədi ilə qarşı tərəfə keçə bilər. Odur ki, bu reallığı hökmən nəzərə almaq lazımdır. Bir sözlə, cəbhə xəttində bütün ərazilərə tam olaraq nəzarət eləmək mümkün deyil. Bu fəaliyyət məqsədyönlü və dövlət tərəfindən koordinasiya edilmiş şəkildə təşkil olunsa, bu, daha çox fayda verər. Ermənistanda diversiya fəaliyyətlərini kifayət qədər genişləndirmək olar. Baxın, ermənilər vaxtiylə müxtəlif seperatçıların qüvvəsindən istifadə edib Bakıda metronu partlatdılar. Azərbaycan isə bu müstəvidə Ermənistana yönəlik hələ ki, bir dənə də olsun ciddi addım ata bilməyib. Biz ermənilərə cavab verməliyik. Çünki torpağı itirən bizik. Torpağı itirən erməni deyil ki. Ermənilər heç bir torpaq itirməyə-itirməyə bizim içimizdə müəyyən addımlar atmağı lazım bilir. Buna görə də Azərbaycanın bu məsələdə ciddi addımlar atması zəruridir.
Seymur Əliyev