PRESS NEWS AZERBAIJAN

Azərbaycan deputatı İsrailin müdafiəsinə qalxdı

18.07.2014

“Nəyə lazım?”.

Qəzzada uşaqların, dinc insanların ölümü İsraildən asılı olan məsələ deyil. İsrail bizim dostumuz, qardaş dövlətimizdir. İsraili uşaq öldürən kimi təqdim etmək nəyə lazım?

Oxu.Az xəbər verir ki, bu fikirləri azvision.az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov son günlər Qəzzada yaşananlara münasibət bildirərkən deyib.

Millət vəkili Qəzzada günahsız insanların öldürülməsində HƏMAS-ın günahkar olduğunu qeyd edib:

“Mən də Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun rəhbəriyəm. Mən elə deməliyəm ki, həqiqəti deyim, amma Azərbaycan mediasında özünüz görürsünüz ki, müxtəlif versiyalar var, müxtəlif insanlara xidmət edən media təmsilçiləri var. Burada uşaqların ölümü, dinc insanların ölümü İsraildən asılı olan məsələ deyil.

Bu HƏMAS-dan asılı olan məsələdir. Burada məsələlər tam başqa cürdür. Hadisələr elə işıqlandırılmalıdır ki, Yaxın Şərqdə barışığa, sülhə, atəşkəsə gedilsin, qarışıqlıq meyilləri yaratmaq lazım deyil. Heç bir insan İsrailin baş nazirinin çıxışlarını tam vermir, heç bir qəzet onun Nazirlər Kabinetindəki çıxışını tam vermir, heç bir insan Müdafiə nazirinin verdiyi təlimatı Azərbaycan mətbuatında işıqlandırmır.

Çox ciddi tapşırılır ki, heç bir dinc insan orada həlak olmasın, heç bir uşaq qanı tökülməsin. Hər dəfə İsrail dövləti xəbərdarlıq edir ki, fələstinlilər evlərindən çıxsınlar, HƏMAS-ın təşkilatlarının ərazilərində yaşayan insanlar hələlik öz evlərindən bir saat, saat yarım çıxsınlar. Əgər indi İsrail dövləti uşaqları öldürsəydi, dinc adamları öldürsəydi, onların sayı ilə qürrələnsəydi, bu xəbərdarlıq kimə lazım idi?

Bilirsinizmi, düzgün işıqlandırın, sabah mən əziyyət çəkirəm, sabah mən orada müəyyən məsələləri qaldıranda, Xocalı dərdimi qaldıranda, qondarma erməni soyqırımı məsələsini gündəliyə çıxardanda əziyyət çəkirəm”.

Y.Abramov media təmsilçilərini Qəzza hadisələrini təhrif etməkdə suçlayıb:

“Bu cür məqalələri yazan media təmsilçisi heç bir əziyyət çəkmir, kimdənsə 3-5 manat alır, kiminsə təsiri altında onu yazır. Burada əziyyət çəkən dostluq qrupudur, mənəm, səfirlikdir, dövlət rəhbərliyidir, İsrail bizim strateji əməkdaşımız, dostumuzdur, qardaş dövlətimizdir. İsraili uşaq öldürən kimi təqdim etmək nəyə lazım? Bilirsinizmi, bu gün nə qədər zənglər olub? Hansı uşağı İsrail öldürüb, İsrail uşaq öldürəndir?

İsrail bir ərəb uşağını xilas etmək üçün 3 əsgərini qurban verib. Belə həssas məsələlərdən yazanda çox diqqətli olmaq lazımdır. İndi HƏMAS-ın əlində pilotsuz təyyarələr var, pilotsuz təyyarələri uçurdur. Hardan gəlir, HƏMAS-a bu qədər silah. Bu gün onların 10 min raketi var. Terrorçu bir qrupda 10 min raket nədən xəbər verir. Bu ondan xəbər verir ki, İran çoxdan bunları silahlandırır”.

Y.Abramov Yaxın Şərqdə sülhün tərəfdarı olduğunu bildirib:

“Mən bu mətbuatı oxuyanda xəcalət çəkirəm. Mən Azərbaycan parlamentinin deputatıyam, Azərbaycan vətəndaşıyam, bununla fəxr edirəm. Amma yenə də deyirəm ki, gəlin dövlətlərarasındakı münasibətlərdə zərər gətirməyək, olan hadisələri düzgün yazaq. Ora ilə əlaqə saxlayın. Minlərlə azərbaycanlı yaşayır orada.

Qarışıq nigahda olan azərbaycanlılar var. Bir onlardan soruşun, bir müxbir ora getsin, bir səfirdən öyrənsin, oranın müdafə nazirindən müsahibə alın. Elə bu mətbuat bir-birindən köçürür. Özü də elə başlıqlar qoyurlar ki, İsrail hücum etdi, filan qədər ölüm var. Mən atəşkəsin, Yaxın Şərqdə sülhün tərəfdarıyam. Artıq Misir rəhbərliyinin təkidi ilə Nazirlər Kabineti sülhlə razılaşıb. Amma yenə HƏMAS atəşkəsi qəbul etmədi.

Başa düşürsünüzmü, bunlar hamısı havayı silahlardır, bunlara bir qəpik pul xərclənməyib. Bunlar hamısı hədiyyədir. HƏMAS-ın bunlara bir qəpik pulu verilməyib. Artıq atmaq üçün qurğuları var. Bazar günü Bakı-Təl-Əviv reysi bir saat 10 dəq gecikib. Qorxurlar təyyarəni qaldırmağa. Bu bilirsiniz nədir, İsrailə qarşı açıq müharibədir. İsrail buna dözməz axı. İsrail xalqının özünümüdafiə instinkti çox güclüdür. Ona görə öz ölkəsinin rəhbərliyini məcbur edir ki, məsələni həll etsin.

Söhbət bundan gedir. Məqaləni yazanda elə yazmaq lazımdır ki, bir siyasətçi, bir hərbçi kimi. 5-3 manat xətrinə bir məqaləni yazıb, Azərbaycan xalqının da qəzəblərini oynatmağa dəyməz. Mənə elə gəlir ki, bu, heç bir çərçivəyə sığmır.

Mən orada gedən müharibələrdən razı de