PRESS NEWS AZERBAIJAN

“Ələ keçən separatçıların əksəriyyəti Kadırovun silahlılarıdır”

21.07.2014

Ukrayna Ordusu ölkənin cənub-şərq bölgəsinin Lisiçansk, Rubejnoe, Severodonetsk və Luqansk şəhəri ətrafında hərbi əməliyyatlarını davam etdirir. 

Pressnews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, hökumət qüvvələrinin təmizləmə əməliyyatının qarşısını almağa çalışan separatçılarla gərgin döyüşlər gedir. Separatçıların ağır itkilərlə qarşılaşdığı bildirilir.  Müdafiə naziri Valeriy Qelatey açıqlmasında deyib ki, təşviş içində olan terrorçular mühasirəyə alınmış Lisiçanskdan qaçmağa çalışsalar da, bunun qarşısını alınıb. Onlar Ukrayna Silahlı Qüvvələrinin atəşinə tuş gəldilər. 

O qeyd edib ki, son günlər ərzində Ukrayna hərbçiləri Rusiyadan gəlmiş 35 muzdlu döyüşçünü ələ keçirib: “Onların əksəriyyəti Çeçenistan prezidenti Ramzan Kadırovun silahlılarıdır - “kadırovçular”dır”. 

 

Please reload

ƏN ÇOX OXUNANLAR