"Hitlerin izi ilə gedən terror dövlətlərinə qarşıyıq". ANS PRESS-in məlumatına görə, bunu Prezidentliyə namizəd və Baş nazir Ərdoğan Hatayda bildirib. O bildirib ki, "Biz Hitler zülmünə qarşıyıq. Hitlerin izi ilə gedən İsrail kimi terror dövlətlərinə də qarşıyıq". "Biz Yaxın Şərqdəki qarşıdurmaların heç birində tərəf deyilik" deyən Ərdoğan "Təriqətlər arasında tarix boyunca tərəf tutmamısam, bu gün də tərəf tutmuruq. Biz haqqın tərəfindəyik" sözlərini əlavə edib. Ərdoğan xalqa müraciət edərək çıxışına belə davam edib: "Yox şiə, yox sünni. Mən şiənin ağsaqqallarına həmişə bunu söylədim: "Bu şiəliyi, bu sünnülüyü buraxın dedim". Biz müsəlman deyilikmi? Müsəlmanıq. O zaman bu ölümlər niyə? Bu Suriyada 200 min insan öldürüldü, siz bu öldürən adama hələ qatil gözüylə baxmırsınız. Bu Əsəd deyilən qatili hələ necə qoruyursunuz?. Məzhəb eşqinə bir qatil müdafiə olunarmı, onun yanında oluna bilərmi? Amma Kılıçdaroğlu kimilər onun yanındadır. Təxribat etmək üçün əllərindən gələni edirlər". Prezidentliyə namizəd və Baş nazir Ərdoğan deyib ki, "Əsədin yaxınları və onlarla birlikdə olan CHP-lilər isə müxtəlif şəhərlərimizdə təxribat etmək üçün əllərindən gələni edirlər. Əsla bunlara aldanmayın. Bunların tələsinə heç vaxt düşməyək". Ərdoğan çıxışında vurğulayıb ki, "Biz əlbəttə, Hitler zülmünə qarşıyıq. Biz antisemitizmə qarşıyıq, amma hər kəs bilsin ki, Hitlerin izi ilə gedən İsrail kimi terror dövlətlərinə də qarşıyıq".
top of page
bottom of page